Xəzər Xəbər

Günün transfer xəbərləri: "Atletiko Madrid" və "Çelsi"dən şok transfer

İdman | 12:53 • 28 İyun 2022
Günün transfer xəbərləri: "Atletiko Madrid" və "Çelsi"dən şok transfer

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır. 

"Arsenal442.com" saytı: "Arsenal" Rafinyanın transferi rəsmiləşdirmək üçün çalışır. Klub yeni təklif planını yaxın günlərdə təqdim edəcək. "Arsenal" müqaviləni bu həftə bağlayacağına əmindir".

"SPORT" saytı: "Obameyanq bilir ki, "Barselona"nın Robert Levandovskini transfer edəcəyi təqdirdə, əsas heyətdəki yerini itirəcək. Xavi Obameyanqın ehtiyat oyunçular skamyasında faydalı olacağını düşünür".

"Sky Sports" saytı: “Vest Bromviç” Tom Lourensi transfer etmək üzrədir". 

"Caught Offside" saytı:  "Mançester Yunayted" əsas transfer hədəflərini müəyyənləşdirib. Bunlar “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq və “Ayaks”dan olan üç futbolçu - Yurien Timber, Lisandro Martinez və Entonidir". 

Evandro Ferreyra, Vaqner Lavın agenti: "Vaqner karyerasını Rusiyanın MOİK klubunda başa vurmağı düşünürdü. Moskvaya qayıtmağa yaxın idik, amma alınmadı. İndi onunla Braziliya, Türkiyə və Azərbaycan çempionatlarının klubları maraqlanır”.

"Sky Sport Deutschland" saytı: "Çelsi"nin baş məşqçisi Tomas Tuxel Neymarın performansını bəyənir. PSJ də onu buraxmağa hazırdır".

Fabritsio Romano, insayder: "Çelsi" Rahim Sterlinq üçün yeni təklif hazırlayıb. "Mançester Siti" onu satmağa hazırdır. Futbolçu özü də London klubuna keçməkdə maraqlıdır. Artıq şəxsi müqavilənin şərtləri müzakirə olunub". 

Caluka Di Martsio, insayder: "Yuventus" və Anxel Di Maria danışıqları davam etdirir. Yaxın günlərdə müqavilə imzalanacaq".

"Atletiko Madrid"in prezidenti: "Aksel Vitselin transferi demək olar ki, tamamlanıb".

Baş tutmuş transfer xəbərləri: 

"Milan"ın 24 yaşlı sabiq futbolçusu Hakim Mastur Mərakeşin "Zemamra" klubuna keçib. 

Qaret Beyl rəsmi olaraq "Los Anceles" klubunun futbolçusu kimi təqdim olunub. Müqavilə müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Lorentso İnsinye Kanadanın "Toronto" klubunun oyunçusu kimi təqdim olunub.

28 yaşlı qapıçı Alessio Kranio icarə əsasında "Kalyari"dən "Monza"ya keçib.

"Sent-Etyen"in 31 yaşlı sabiq hücumçusu Vahbi Xəzri "Monpelye"yə keçib. O, ötən mövsüm 33 oyun keçirib və 10 qol vurub.

"Mançester Siti"nin 37 yaşlı sabiq yarımmüdafiəçisi Fernandinyo azad agent qismində "Atletiko Paranaense"yə keçib.

29 yaşlı qapıçı Alfons Areola PSJ-dən "Vest Hem"ə keçib./fanat.az

 

Xəbər lenti