Xəzər Xəbər

"Barselona" ləngiyir, "Çelsi" ilə "Arsenal"ın şansı artır

İdman | 16:53 • 26 İyun 2022
"Barselona" ləngiyir, "Çelsi" ilə "Arsenal"ın şansı artır

"Lids"in 25 yaşlı hücumçusu Rafinya uğrunda iki London nəhəngi - "Arsenal" və "Çelsi" mübarizəni davam etdirir.

İnformasiyanı "Marca" yayıb. 

Mənbə "topçular"dan və "zadəganlar"dan aldığı təkliflərə rəğmən, braziliyalı futbolçunun "Barselona"ya  keçməyi arzuladığını vurğulayıb. Lakin Usman Dembele ilə bağlı açıq qalan məsələni həll etməyən Kataloniya təmsilçisinin bu transfer üçün tələb olunan 75 milyon avronu tapa bilmədiyi qabardılıb. Xəbərdə London nəhənglərinin "Barselona"nın əleyhinə işləyən vəziyyətdən maksimum yararlanmaq üçün "Lids"in qapısını yeni təkliflərlə döyməyə hazırlaşdıqları da diqqətə çatdırılıb.

Daha öncə "Lids"in "Arsenal"ın ilk təklifini məhz məbləğin azlığı üzündən geri çevirdiyi barədə məlumatlar yayılmışdı./Fanat.Az

Xəbər lenti