Xəzər Xəbər

Dembele London klubuna keçməyəcək - SƏBƏB

İdman | 15:59 • 26 İyun 2022
Dembele London klubuna keçməyəcək - SƏBƏB

"Barselona"nın hücumçusu Usman Dembele "Çelsi"də oynamaqdan imtina edib.

"Sport.es" xəbər verir ki, bir neçə gün öncə Usmanın agenti "Çelsi" rəsmiləri ilə görüşüb. 

 

Xəbərə görə, İngiltərə klubunun təklif etdiyi maddi şərtlər futbolçunu razı salmayıb. Fransa millisinin üzvünün bu səbəbdən London təmsilçisində oynamaq variantının üzərindən xətt çəkdiyi bildirilib.

Qeyd edək ki, 2017-ci ildən "Barselona"da olan Dembele geridə qalan mövsümdə 21 La Liqa matçına çıxıb. Bu qarşılaşmalarda 1 qol vuran 25 yaşlı futbolçu 13 məhsuldar ötürmə edib./fanat.az

Xəbər lenti