Xəzər Xəbər

Belçikalı ulduz İspaniya nəhənginə keçir

İdman | 17:58 • 23 İyun 2022
Belçikalı ulduz İspaniya nəhənginə keçir

Belçika millisinin üzvü Axsel Vitsel karyerasını İspaniyada davam etdirəcək.

33 yaşlı yarımmüdafiəçi "Atletiko" ilə razılaşıb. Onunla 2023-cü ilin yayınadək müqavilə bağlanacaq. Bu barədə jurnalist Fabrizio Romano "tvitter" hesabında məlumat yayıb.

Qeyd edək ki, Vitselin son klubu Dortmund "Borussiya"sı olub./ Offsideplus.az

Xəbər lenti