Xəzər Xəbər

Dibaladan ucuz addım: Özünü bu kluba təklif etdi

İdman | 16:37 • 23 İyun 2022
Dibaladan ucuz addım: Özünü bu kluba təklif etdi

Bir həftə sonra "Yuventus"la müqaviləsinin müddəti başa çatacaq Paulo Dibala özünə münasib iş yeri tapa bilmir. Bir neçə Avropa klubu 28 yaşlı futbolçunun xidmətindən imtina edib.

"Catalonski Sport" Dibala ilə bağlı maraqlı iddia səsləndirib. 

Mənbənin məlumatına görə, bugünlərdə futbolçu özünü "Barselona"ya təklif edib. Ancaq idman direktoru Yordi Kroyff və baş məşqçi Xavi futbolçunun agentinə onunla maraqlanmadıqlarını çatdırıblar. 

"Yuventus" 2015-ci ildə "Palermo"ya 41 milyon avro təzminat ödəyib transfer etdiyi Dibala ilə müqavilə bağlamayacağını açıqlayıb. Bundan başqa, o, uzun danışıqlardan sonra "İnter" tərəfindən rədd edilib. "Milan" da onu istəmədiyini bildirib. Səbəb futbolçunun həddən artıq yüksək maaş - illik 7 milyon avro tələb ütməsidir. "Sevilya" ona 3 milyon avro əməkhaqqı təklif etsə də, bu, Dibalanı qane etməyib. /fanat.az

Xəbər lenti