Xəzər Xəbər

"Barselona" superulduzunu geri qaytara bilər

İdman | 15:02 • 23 İyun 2022
"Barselona" superulduzunu geri qaytara bilər

Braziliya millisinin və PSJ-nin ulduz hücumçusu Neymar karyerasını İspaniyada davam etdirə bilər.

Bu iddia ilə "El Chiringuito TV"-nin efirində idman jurnalisti Xose Alvares çıxış edib.

Alvares Paris təmsilçisinin Neymarı "Barselona"ya təklif etdiyini və bu transfer qarşılığında Kataloniya klubundan 50 milyon avro istədiyini vurğulayıb. Xəbərə görə, "sambaçı"nın sabiq komandasına qoşulmaq ehtimalı az deyil.

Daha öncə Fransa klubunun illik maaşı təxminən 50 milyon avro olan "sambaçı"nı "Yuventus"a icarəyə göndərmək fikrinə düşdüyü haqda informasiyalar yayılmışdı.

Xatırladaq ki, Neymar 2017-ci ildə məhz "Barselona"dan transfer edilib. Hücumçunun keçidi PSJ-yə 222 milyon avroya başa gəlib ki, bu da dünya futbolunda o vaxtdan bəri yenilənməyən rekorddur./Fanat.Az

Xəbər lenti