Xəzər Xəbər

"Fənərbağça" 3,3 milyon avroya futbolçu alır

İdman | 21:18 • 22 İyun 2022
"Fənərbağça" 3,3 milyon avroya futbolçu alır

Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

İstanbul təmsilçisi "Konyaspor"un mərkəz müdafiəçisi Abdulkerim Bardakçını transfer etmək üzrədir.

Klublar arasında ilkin razılıq əldə olunub. "Sarı-lacivərtlilər" 27 yaşlı futbolçu üçün qarşı tərəfə 3,3 milyon avro ödəyəcək.

Qeyd edək ki, Abdulkerim 2020-ci ildən Konya təmsilçisində çıxış edir. O, başa çatan mövsümdə bütün turnirlərdə 34 oyuna çıxıb./Offsideplus.az 

Xəbər lenti