Xəzər Xəbər

Dibala hansı İtaliya nəhənginə keçəcək? SON DURUM

İdman | 17:28 • 22 İyun 2022
Dibala hansı İtaliya nəhənginə keçəcək?

Argentina millisinin hücumçusu Paulo Dibala karyerasını İtaliyada davam etdirə bilər.

İnformasiyanı "La Gazzetta dello Sport" yayıb.

Mənbə bu yay "Yuventus"dan azad agent qismində ayrılan forvardın "İnter"lə yanaşı, "qara-göylər"in əzəli rəqibi "Milan"a da maraqlı olduğunu açıqlayıb. Xəbərə görə, "qırmızı-qaralar" futbolçu əməkhaqqı tələbini azaldacağı halda, onunla müqavilə bağlamaqda qərarlıdır.

Xatırladaq ki, Dibala "Yuventus"a 2015-ci ildə "Palermo"dan keçmişdi. 2021/2022 mövsümündə "qoca sinyora"nın formasıyla ümumilikdə 38 matça çıxan argentinalı futbolçu 15 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb./Fanat.Az

Xəbər lenti