Xəzər Xəbər

Sadio Mane rəsmən "Bayern Münhen"də

İdman | 16:43 • 22 İyun 2022
Sadio Mane rəsmən "Bayern Münhen"də

"Bayern Münhen" rəsmi saytı vasitəsi ilə "Liverpul"un hücumçusu Sadio Maneni heyətə qatdığını bəyan edib.

30 yaşlı futbolçu müddəti 2025-ci ilin 30 iyun tarixinə qədər olan müqaviləyə imza atıb.

Münhen təmsilçisinin prezidenti Herbert Hayner Manenin transferi ilə bağlı belə danışıb: "Mane dünya ulduzudur. Onun heyətə qatılması "Bayern"in cazibəsini artıracaq və Bundesliqanın nüfuzuna müsbət təsit göstərəcək. Azarkeşlər tribunalara belə ulduzların çıxışını izləmək üçün toplaşırlar".

Xatırladaq ki, Mane 2016-cı ildən formasını geyindiyi "Liverpul"da ümumilikdə 269 matça çıxıb. Bu qarşılaşmalarda 120 qol vuran seneqallı 48 məhsuldar ötürmə ilə də yadda qalıb.Fanat.Az

Xəbər lenti