Xəzər Xəbər

Mbappe uğursuzluğu Peresi qəzəbləndirdi: ŞOK transfer həmləsi

İdman | 15:51 • 22 İyun 2022
Mbappe uğursuzluğu Peresi qəzəbləndirdi: ŞOK transfer həmləsi

“Real Madrid” Kilian Mbappe transferindəki uğursuzluğu unutdurmaq üçünbir neçə ulduz futbolçunu transfer etməyə hazırlaşır.

“Times” qəzeti xəbər verir ki, baş məşqçi Karlo Ançelotti bəyəndiyi futbolçuların siyahısını klub rəhbərliyinə təqdim edib. Məlumata görə, siyahıda ilk sıralarda Harri Keyn var. Karim Benzema son mövsümdəki uğurlu oyun sərgilməsinə baxmayaraq, Ançelotti Keyn ilə maraqlanır.

“Tottenhem”in digər ulduzu Son Hın Min də Ançelottinin maraq dairəsindədir. Daha rəqabətli komanda formalaşdırmaq istəyən “Real Madrid”in təqib etdiyi digər futbolçu isə “Mançester Siti”də forma geyinən Rahim Sterlinqdir. Məlumata görə, cinah hücumçusu axtarışında olan Ançelotti, “Mançester Yunayted”in oyunçusu Markus Reşfordun da oyununu bəyənir. Ançelottinin siyahısındakı digər futbolçu “Napoli” ilə uğurlu mövsüm keçirən Viktor Osimhendir. Bu futbolçuların “Real Madrid”dən gələcək təklifə müsbət baxdığı deyilir./Metbuat.az 

Xəbər lenti