Xəzər Xəbər

"Liverpul"un vingeri "Monako"ya keçəcək

İdman | 15:00 • 22 İyun 2022
"Liverpul"un vingeri "Monako"ya keçəcək

"Liverpul"un vingeri Takumi Minamino karyerasını Liqa 1-də davam etdirəcək.

"The Athletic" xəbər verir ki, 27 yaşlı yaponiyalı futbolçu "Monako"ya keçəcək.

Mənbənin məlumatına görə, knyazlıq klubu futbolçu üçün 15 milyon avro ödəyəcək. "Liperpul" bonuslardan əlavə, daha 3 milyon da əldə edə bilər.

Minamino 2020-ci ildən "Liverpul"da çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 22 oyun keçirib, 10 qol vurub və 1 məhsuldar ötürmə edib./Fanat.Az 

Xəbər lenti