Xəzər Xəbər

Neymar italiya klubuna keçə bilər - Təklif göndərildi

İdman | 18:58 • 21 İyun 2022
Neymar italiya klubuna keçə bilər - Təklif göndərildi

PSJ-nin və Braziliya millisinin hücumçusu Neymar karyerasını İtaliyada davam etdirə bilər.

"Calciomercato" xəbər verir ki, Paris klubunun yeni idman direktoru Luiş Kampuş "Yuventus"a 30 yaşlı futbolçunu icarəyə götürməyi təklif edib.

Xəbərə görə, Turin təmsilçisi bu təkliflə razılaşacağı halda, PSJ braziliyalı ulduzun əməkhaqqısının bir hissəsini özü ödəyəcək.

Daha öncə Fransa klubunun idarəçilərinin ildə 50 milyon avroya yaxın maaş alan Neymarla görüşdüyü və ondan qurtulmaq üçün müxtəlif təkliflər etdiyi barədə informasiyalar yayılmışdı.

Qeyd edək ki, Neymarın PSJ ilə olan müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq. Son mövsümdə Liqa 1-də 13 qol vuran "sambaçı" 6 məhsuldar ötürmə ilə də yadda qalıb./Fanat.Az 

Xəbər lenti