Xəzər Xəbər

Məşhur futbolçu qarət olunub

Onun bahalı saatı oğurlanıb
İdman | 16:05 • 20 İyun 2022
Məşhur futbolçu qarət olunub

İspaniya yığmasının və Almaniyanın “Leypsiq” klubunun futbolçusu Dani Olmo Valensiyada qarət edilib, onun bahalı saatı oğurlanıb. Futbolçunun qardaşı quldurlara müqavimət göstərərkən xəsarət alıb.

Xezerxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, vətənində istirahət edən ispaniyalı yarımmüdafiəçi qardaşı ilə birlikdə bərbərə getdikdən sonra hücuma məruz qalıb.

Bərbər salonundan çıxan futbolçuya hücum edən iki naməlum şəxs onun 30 min avro dəyərində “Rolex” saatını qolundan açıb. Dani Olmonun qardaşı avtomobillə qaçan qarətçiləri dayandırmağa cəhd edərkən yaralanıb.

Xəbər lenti