Xəzər Xəbər

"Liverpul" "Real"ın yarımmüdafiəçisi ilə danışıqlara başladı

İdman | 11:51 • 19 İyun 2022
"Liverpul" "Real"ın yarımmüdafiəçisi ilə danışıqlara başladı

İngiltərənin “Liverpul” klubu İspaniyanın “Real Madrid” komandasının yarımmüdafiəçisi Marko Asensio ilə maraqlanır.

Bu barədə AS məlumat yayıb.

Mersisayd komandası artıq 26 yaşlı ispaniyalının çevrəsi ilə təmasda olub.

Mənbənin məlumatına görə, “qırmızılar” artıq futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb. İngiltərə klubu Asensionu “Liverpul”dan ayrılmağa yaxın olan hücumçu Sadio Manenin əvəzləyicisi kimi nəzərdən keçirir. İspan özü daimi oyun zəmanəti verildiyi kluba keçmək istəyir.

Qeyd edək ki, Asensionun hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır. Mətbuatda yayılan xəbərlərə görə, “Real Madrid”in təklif etdiyi şərtlər yarımmüdafiəçiyə uyğun gəlmir və gələn yay o, Madrid klubunu azad agent statusu altında tərk edə bilər.

Xəbər lenti