Xəzər Xəbər

"Liverpul"un hücumçusu "Milan"a keçir - Maldini təsdiqlədi

İdman | 18:25 • 27 May 2022
"Liverpul"un hücumçusu "Milan"a keçir - Maldini təsdiqlədi

"Milan" "Liverpul"un hücumçusu Divok Oriqi ilə danışıq aparır. 

Bu barədə “La Gazetta dello Sport” məlumat yayıb.

 

 
"Rossonerilər"in texniki direktoru Paolo Maldini hücumçu ilə danışıq apardıqlarını təsdiqləyib. 

27 yaşlı Oriqi 2014-cü ildən "Liverpul"da çıxış edir. Belçikalı hücumçu bu yay azad agent kimi komandadan ayrılacaq ki, bunu artıq "Liverpul"un baş məşqçisi Yurgen Klopp da təsdiqləyib.

"Liverpul"un heyətində 175 oyuna çıxan Oriqi 41 qol vurub və 18 məhsuldar ötürmə edib. O, İngiltərə Premyer Liqası və Çempionlar Liqası da daxil olmaqla, altı kubok qazanıb.

Xəbər lenti

Çox oxunanlar