Xəzər Xəbər

Günün transfer xəbərləri: Zlatan qərar verəcək

İdman | 14:54 • 26 May 2022
Günün transfer xəbərləri: Zlatan qərar verəcək

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

London "Arsenal"ının rəsmi saytı: "Yarımmüdafiəçi Məhəmməd Elneni "Arsenal"la müqaviləsinin müddətini 2022/23-cü illər mövsümünün sonuna qədər uzadıb və daha bir mövsüm uzatmaq ehtimalı var. Misirli futbolçu 2016-cı ildən klubdadır". 

 

"BBC Sport" saytı: "Mançester Siti" "Lids"in yarımmüdafiəçisi Kalvin Fillipsi transfer etməkdə maraqlıdır. Futbolçu klubdan ayrılacaq 37 yaşlı Fernandinyonun əvəzedicisi kimi nəzərdən keçirilir".

Patrik Berger (Sport1): "Sparta"nın 19 yaşlı  hücumçusu Adam Qlojek 22 milyon avro müqabilində "Bayer Leverkuzen"ə keçəcək. Müqaviənin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub".

"Zenit"in rəsmi saytı: "Maqomed Ozdoyev "Zenit"dən ayrılıb. 29 yaşlı yarımmüdafiəçi 2018-ci il fevralın 15-dən klubda çıxış edir. O, Sankt-Peterburq təmsilçisində 116 oyun keçirib, 8 qol vurub və 18 məhsuldar ötürmə verib".

Fabritsio Romano, insayder: "İbrahimoviç yaxın günlərdə futbol oynamağa davam edib-etməyəcəyinə qərar verəcək. Onun "Milan"la olan müqaviləsinin müddəti bir aydan sonra başa çatır".

Artyom Dzyubanın meneceri Yuri Belous: "Dzyubaya MLS-dən təklifin olduğunu istisna etmirəm. O, DÇ-2018-də Rusiya komandasının liderlərindən biri idi. MLS klublarından birinə düşə bilər. Niyə də yox?" 

"Barselona"nın prezidenti Joan Laporta: "Levandovskinin "Bayern Münhen"lə müqaviləsinin bitməsinə hələ bir il var, vəziyyət belədir. Vəssalam, daha heç nə deyə bilmərəm. Qoy hamı öz işi ilə məşğul olsun. O, çox yaxşı oyunçudur, amma klubu ilə müqaviləsi var".

"The Guardian" nəşri: "Tomas Souçekin klubu "Vest Hem"lə arasındakı münasibətlərİ gərginləşib. 27 yaşlı çexiyalı futbolçunun hazırda 2 illik müqaviləsi var. Bu da o deməkdir ki, indi klubu onu yaxşı qiymətə sata bilər".

"Cadena Ser" saytı: "Mançester Yunayted" "Vilyarreal"ın müdafiəçisi Pau Torreslə anlaşma əldə etməyə yaxındır. İspaniyalı müdafiəçi "Tottenhem Hotspur"un maraq dairəsində də olmasına baxmayaraq, "Mançester Yunayted"ə keçməkdə maraqlıdır".

"The iNews" saytı: "Nyukasl" "Atletiko Madrid"in müdafiəçisi Renan Lodini transfer etməyi düşünür. Madrid təmsilçisi futbolçunu yaxşı məbləğə satmağa hazırdır. Braziliyalı futbolçu özü də "Nyukasl"a keçməkdə maraqlıdır".

"Calciomercato" nəşri: "Çelsi" İtaliyanın "Yuventus" klubunun müdafiəçisi Mateys de Liqtlə fəal şəkildə maraqlanır. Niderlandlı futbolçu yayda klubu tərk edib "Real Madrid"ə qoşulacaq Antonio Rüdigerin əvəzinə nəzərdə tutulub"./fanat.az

Xəbər lenti