Xəzər Xəbər

Qarabağ”ın qapıçısı Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib

İdman | 17:20 • 22 May 2022
Qarabağ”ın qapıçısı Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib

Ağdamın “Qarabağ” klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.

Xezerxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi oyunu XXVIII turun “Neftçi” ilə matçına təsadüf edib. Qolkiper 4:1 hesablı qələbədə 85-ci topunu buraxıb.

Ş.Məhəmmədəliyev Premyer Liqada 2013/2014-cü il mövsümündə “Sumqayıt”ın heyətində debüt edib. O, bu komandada 33 oyunda 49, “Qarabağ”dakı 67 matçda 35 qol buraxıb.

Xəbər lenti