Xəzər Xəbər

Namik Ələskərov "Bursaspor"dan ayrılır - Klub prezidenti açıqladı

İdman | 17:33 • 16 May 2022
Namik Ələskərov "Bursaspor"dan ayrılır - Klub prezidenti açıqladı

Millimizin futbolçusu Namik Ələskərov komandası "Bursaspor"dan ayrılacaq. 

Bu barədə klubun prezidenti Ömər Furkan Banaz mətbuat konfransında məlumat verib.

Funksioner bildirib ki, futbolçunun müqaviləsinə xitam verəcək: "Sözləşməsi davam edən 7 əcnəbi futbolumuz var. Burada əsas məqam klubun mənafeyidir. Onsuz da legionerlər II liqada oynaya bilməzlər. Hamısına xitamla bağlı sənəd veriləcək".

Qeyd edək ki, Namik Ələskərov cari mövsümün əvvəlində "Bursaspor"la 2+1 illik müqavilə imzalamışdı./fanat.az

Xəbər lenti