Xəzər Xəbər

"Real Madrid"lə Mbappe razılığa gəldi

İdman | 16:07 • 16 May 2022
"Real Madrid"lə Mbappe razılığa gəldi

PSJ-nin 23 yaşlı hücumçusu Kilian Mbappe Madridə son səfəri zamanı “Real Madrid”lə bütün detalları razılaşdıraraq klubdan indilik bu məlumatı açıqlamamağı xahiş edib.

Bu barədə "Marca" nəşri məlumat yayıb.

Qeyd olunur ki, Madridin baş direktoru Xose Anxel Sançes hətta Kiliana vaxt ayırmaq üçün digər agentlərlə planlaşdırılan bütün görüşləri də ləğv edib.

Mbappe PSJ-dən ayrıldığını bildirməyənə qədər "Real Madrid" transferi elan etməyəcək. Kilian böyük ehtimalla, 5 mövsümlük müqavilə imzalayacaq./fanat.az 

Xəbər lenti