Xəzər Xəbər

Mahir Emrelinin komandası çempionu oldu

İdman | 11:04 • 16 May 2022
Mahir Emrelinin komandası çempionu oldu

Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqrebin “Dinamo” komandası bu mövsüm Xorvatiya Liqasında çempionluğu təmin edib.

Xezerxeber.az xəbər verir ki, komanda 35-ci turda səfərdə “Sibenik"ə 2:0 hesabı ilə qalib gələrək buna nail olub. Bu qələbə ilə xalını 76-ya çatdıran Zaqreb təmsilçisi yarışın bitməsinə 1 tur qalmış ən yaxın izləyicisi "Hayduk" üçün (72 xal) əlçatmaz olub və çempionluğu rəsmiləşdirib. Futbolçumuz sözügedən görüşdə sonadək ehtiyatda qalıb.

Beləliklə, “Dinamo” tarixində 23-cü dəfə ölkə çempionu olub. M.Emreli də legioner kimi ilk çempionluğu yaşayıb.

 

Xəbər lenti