Xəzər Xəbər

Məşhur futbolçu “Yuventus”dan ayrılır

İdman | 15:53 • 15 May 2022
Məşhur futbolçu “Yuventus”dan ayrılır
"Yuventus”un yarımmüdafiəçisi Artur Melo yayda komandasını dəyişmək niyyətindədir.
 
25 yaşlı futbolçu rəhbərliklə görüşündə Turin klubundan ayrılmaq istədiyini bildirib.
 
Braziliya millisinin üzvü "qoca sinyora”nın baş məşqçisi Massimiliano Alleqrinin planlarına daxil deyil. Artur qış fasiləsində "Arsenal”a keçə bilərdi. Ancaq londonluların birdəfəlik transfer etmək şərti ilə icarəyə götürmək istəyini italyanlar qəbul etməyiblər.

Qeyd edək ki, Artur bu mövsüm A seriyasında 20 oyun keçirib.

Xəbər lenti