Xəzər Xəbər

Ten Haqın transfer planları müəyyənləşdi

İdman | 18:52 • 13 May 2022
Ten Haqın transfer planları müəyyənləşdi

Mövsümün sonunda "Mançester Yunayted"in "sükanı arxası"na keçəcək Erik ten Haq artıq işə başlayıb.

"The Telegraph" xəbər verir ki, niderlandlı mütəxəssis ötən gün Amsterdamda məşqçilər korpusunda olacaq Stiv Maklaren və Mitçel van der Qaqla birgə klubun idman direktoru Con Merto ilə görüşüb. 

İclasda potensial transferlər müzakirə olunub. Ten Haq "Mançester Yunayted"in bu yay iki yarımmüdafiəçi, bir universal hücumçu və bir mərkəz müdafiəçisi ilə müqavilə imzalamasını istəyir. Ancaq yeni transferlərin sayı yayda komandanı neçə futbolçunun tərk etməsindən asılı olacaq.

Təcrübəli mütəxəssis onun üçün əsas hədəfin orta sahəni gücləndirmək olduğunu bildirib. Məhz bu səbəbdən “qırmızı şeytanlar” “Barselona”dan Frenki de Yonqun transferi üzərində işləyir./Fanat.Az 

Xəbər lenti