Xəzər Xəbər

Futbolçuya heykəl ucaldılıb

İdman | 12:58 • 13 May 2022
Futbolçuya heykəl ucaldılıb

“Mançester Siti” sabiq futbolçusu Serxio Aqueroya heykəl ucaldıb.

Xezerxeber.az xəbər verir ki, argentinalı hücumçunun heykəli Mançesterdə - “Etihad” stadionunun yaxınlığına qoyulub.

Klubun İngiltərə Premyer Liqasında ilk titulunu və 44 ildən sonra ilk İngiltərə çempionluğunu qazandığı günə həsr edilən heykəlin açılışı olub. Komanda 2012-ci il mayın 13-də məhz Aqueronun 90+3-cü dəqiqədə “Kuinz Park Reyncers”ə vurduğu qol sayəsində çempion adını qazanıb.

Qeyd edək ki, Aquero 2011-2021-ci illərdə “Mançester Siti”də çıxış edib. O, 260 qolla klub tarixinin bombardiridir.

Xəbər lenti