Xəzər Xəbər

"Fənərbağça"nın yeni baş məşqçisinin transfer planı: 30 milyon avro...

İdman | 14:52 • 12 May 2022
"Fənərbağça"nın yeni baş məşqçisinin transfer planı: 30 milyon avro...

Türkiyənin "Fənərbağça" klubunun yeni baş məşqçisi məlum olub.

Portuqaliya mətbuatı xəbər verir ki, "sarı-lacivərtlilər"i 67 yaşlı Xorxe Xesus çalışdıracaq. Təcrübəli mütəxəssisin qarşıdakı günlərdə İstanbula gələcəyi və rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Artıq portuqaliyalı çalışdırıcı transfer üçün "Fənərbağça" rəhbərliyinə müraciət də edib. Belə ki, Xesus İstanbul təmsilçisindən növbəti mövsüm transferləri üçün 30 milyon avro ayrılmasını tələb edib.

Qeyd edək ki, onun son iş yeri "Benfika" klubu olub. "Fənərbağça"nı isə hazırda İsmail Kartal çalışdırır./ Offsideplus.az 

Xəbər lenti