Xəzər Xəbər

"Bavariya"nın ulduzu "Real"a keçir

İdman | 15:09 • 11 May 2022
"Bavariya"nın ulduzu "Real"a keçir

"Bavariya"nın futbolçusu Serj Qnabri karyerasını İspaniyada davam etdirəcək.

"Fichajes" xəbər verir ki, "Real" 26 yaşlı almaniyalı vingeri yayda heyətinə qatacaq. Oyunçunun Münhen təmsilçisi ilə sözləşməsi 2023-də başa çatır.

Qeyd edək ki, Almaniya millisinin üzvü 2017-ci ildən "Bavariya"da çıxış edir.

Xatırladaq ki, daha əvvəl David Alaba "Bavariya"dan "Real"a keçmişdi.// Offsideplus.az

Xəbər lenti