Xəzər Xəbər

Mane "Liverpul"u Almaniya nəhənginə dəyişir

İdman | 10:12 • 10 May 2022
Mane "Liverpul"u Almaniya nəhənginə dəyişir

Sadio Mane "Liverpul"u tərk edəcək.

"Daily Mail" bu iddia ilə çıxış edib. 

Mənbənin məlumatına görə, seneqallı hücumçu "Bavariya" ilə danışıqlar aparır. 

"Liverpul"la bir illik müqaviləsi qalan Manenin vəkilləri cümə günü "Bayern Münhen"in idman direktoru Hasan Salihamidziç ilə görüşüb. 

“The Daily Mail” isə bildirir ki, görüş “Liverpul”un rəhbərliyini təəccübləndirib. Çünki Mane heç vaxt mövsümün sonunda komandanı tərk edə biləcəyinə eyham vurmayıb. “Bayern Münhen"in növbəti mövsüm üçün planlarına gəlincə, media bir müddətdir ki, Qnabri və Robert Levandovskinin mümkün gedişindən bəhs edir. İddiaya görə, Mane münhenlilər üçün qolçu zəmanəti ola bilər. /Fanat.Az 

Xəbər lenti

Çox oxunanlar