Xəzər Xəbər

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək

İdman | 09:29 • 8 May 2022
Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək

Mayın 8-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək.

Xezerxeber.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Avrokuboklara vəsiqə qazanmaq istəyən “Sabah” klubu “Səbail” ilə üz-üzə gələcək. “Dənizçilər” 15 xalla sonuncu - 8-ci, qonaqlar 36 xalla 5-ci pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 14 dəfə üz-üzə gəliblər. Bunların 6-da “Sabah”, 5-də meydan sahibləri qələbə qazanıb. 3 görüşdə isə heç-heçə qeydə alınıb. Topların nisbətində qonaqlar üstündür - 16:13.

Günün ikinci matçı çempionluğu təmin edən “Qarabağ” klubu ilə “Zirə” arasında baş tutacaq. Paytaxt klubu qalib gəlsə, UEFA Konfrans Liqasına vəsiqəni rəsmiləşdirəcək. “Köhlən atlar” 59 xalla liderdir, “qartallar” 42 xalla 3-cü sıradadır. Premyer Liqadakı əvvəlki 26 oyunun 18-də Ağdam təmsilçisi qələbə qazanıbsa, 8-i heç-heçə ilə bitib. “Zirə” indiyədək rəqibinə qalib gələ bilməyib. Topların nisbətində də meydan sahiblərinin aşkar üstünlüyü var - 55:12.

Qeyd edək ki, tura mayın 9-da oynanılacaq “Qəbələ”- “Neftçi” və “Sumqayıt” – “Şamaxı” matçları ilə yekun vurulacaq.

Xəbər lenti