Xəzər Xəbər

Quardiola gedir, yoxsa qalır? - Özü cavabladı

İdman | 16:33 • 7 May 2022
Quardiola gedir, yoxsa qalır? - Özü cavabladı

Çempionlar Liqasının yarımfinalında "Real Madrid"ə uduzaraq turnirlə vidalaşan "Mançester Siti"nin baş məşqçisi Pep Quardiola komandadan ayrılmayacağını deyib.

"Goal" saytı 51 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:

"Mən həmişə kuboklara acam. Hər il xoşbəxt olmaq istəyirəm. Bilirəm ki, insanlar yalnız Çempionlar Liqası titulunu tələb edirlər. Biz bunu bilirik. Klubdan ayrılmaq? Elə indi durub gedə bilərəm. Amma niyə? Biz Çempionlar Liqasını qazanmamışıq. Hələlik ayrılmaq fikrim yoxdur. O kuboku qazanmaq üçün isə pul xərcləmək lazımdır"./fanat.az

Xəbər lenti