Xəzər Xəbər

“Olimpiakos” klubu 47-ci dəfə Yunanıstan çempionu olub

İdman | 09:18 • 5 May 2022
“Olimpiakos” klubu 47-ci dəfə Yunanıstan çempionu olub

Yunanıstan Super Liqasında 2021/2022-ci il mövsümünün qalibi bəlli olub.

Xezerxeber.az xəbər verir ki, 30-cu turdan təxirə salınmış matçda PAOK-a 2:1 hesabı ilə qalib gələn "Olimpiakos" vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.

Otuz iki turdan sonra aktivində 76 xalı olan “Olimpiakos” ən yaxın izləyicisi olan PAOK klubunu 16 xal qabaqlayır. PAOK-un son 4 turda xal fərqini aradan qaldırması mümkün deyil.

“Olimpiakos” ardıcıl 3-cü, ümumilikdə isə 47-ci dəfə futbol üzrə Yunanıstan çempionu olub.

Xəbər lenti