Xəzər Xəbər

Türkiyə çempionatında legioner limiti dəyişdi

İdman | 15:59 • 28 Yanvar 2022
Türkiyə çempionatında legioner limiti dəyişdi

Türkiyə Futbol Federasiyası (TFF) I Liqada əcnəbi oyunçu sayıda dəyişiklik edib.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 

Yeni qaydaya əsasən, 2022/2023-cü illər mövsümündə klublar 5 yox, 7 legioner sifariş edə biləcək. Ancaq futbolçulardan ən azı birinin təvəllüdü 1 yanvar 1999-cu il və daha sonrakı tarixlər olmalıdır.

Bundan əlavə, TFF 2023/2024-cü illər mövsümü üçün müəyyənləşdirdiyi əcnəbi oyunçu sayını 5-dən 6-ya qaldırıb. Bu halda isə legionerlərdən birinin doğum tarixi 1 yanvar 2001-ci il və daha sonrakı tarixlər olmalıdır.

Legionerlərdən eyni vaxtda oynadıla bilənlərin sayı isə 2022/2023 və 2023/2024 mövsümlərində ən çoxu 4 olacaq.

Qeyd edək ki, hazırda Türkiyə L Liqasında iki azərbaycanlı futbolçu çıxış edir. Namik Ələskərov "Bursaspor"un, Vüsal İsgəndərli isə "Keçiörengücü"nün formasını geyinir./Fanat.Az 

Xəbər lenti