Xəzər Xəbər

Cerrard "Liverpul"un futbolçusuna göz dikdi

İdman | 15:54 • 27 Yanvar 2022
Cerrard "Liverpul"un futbolçusuna göz dikdi

"Aston Villa" İngiltərə millisinin və "Liverpul"un müdafiəçisi Co Qomesə "elçi" düşüb. 

Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Klubun baş məşqçisi Stiven Cerrard futbolçunun transferi ilə şəxsən maraqlanır. 

"Aston Villa" onu mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır. Cerrard isə mövsüm başa çatdıqdan sonra futbolçunu birdəfəlik transfer etmək niyyətindədir.

Qeyd edək ki, mənbə "Barselona"nın da Qomezin xidmətində maraqlı olduğunu bildirir.

Xatırladaq ki, "Transfermarkt" portalı futbolçuya 25 milyon avro dəyər "biçib"./Fanat.Az 

Xəbər lenti