Xəzər Xəbər

FİFA qaydaları dəyişdi: Məhdudiyyətlər olacaq

İdman | 17:55 • 21 Yanvar 2022
FİFA qaydaları dəyişdi: Məhdudiyyətlər olacaq

FİFA icarəyə götürülən futbolçularla bağlı qaydaları dəyişdirib.

Yeni qanun 2022-ci ilin iyulun 1-dən qüvvəyə minəcək.

 

Qaydalar FİFA Şurasının növbəti iclasında təsdiqlənməlidir. Lakin bu, formal xarakter daşıyır. Belə ki, qərarlar artıq qəbul edilib. 

Yeni qaydalar aşağıdakı kimidir:

- icarə şərtlərini, xüsusən də şərtləri və maliyyə detallarını müəyyən edən məcburi yazılı müqavilənin olması;

- minimum icarə müddəti iki transfer pəncərəsi arasındakı müddətdir, maksimum bir il;

- futbolçuların subicarəyə (təkrar icarə) verilməsi qadağandır;

- mövsümün istənilən dönəmində B klubundan A klubuna üçdən çox oyunçu keçə bilməz;

- icarələrin ümumi sayına məhdudiyyət qoyulur. Şəffaflıq üçün keçid dövrü təyin olunmalıdır;

- 1 iyul 2022-ci il tarixindən 30 iyun 2023-cü il tarixədək bir klubda maksimum 8 icarəyə götürülmüş və maksimum 8 icarəyə verilmiş oyunçu ola bilər;

- 1 iyul 2023-cü il tarixindən 30 iyun 2024-cü il tarixinədək bir klubda maksimum 7 icarəyə götürülmüş və maksimum 7 icarəyə verilmiş oyunçu ola bilər;

- 1 iyul 2024-cü il tarixindən etibarən bir klubda maksimum 6  icarəyə götürülmüş və maksimum 6 icarəyə verilmiş oyunçu ola bilər;

Qaydalar yaşı 21-dən az olan oyunçulara şamil edilmir./Fanat.Az

Xəbər lenti