Xəzər Xəbər

"Çelsi" "Barselona"nın ulduzuyla güclənmək niyyətindədir

İdman | 14:47 • 21 Yanvar 2022
"Çelsi" "Barselona"nın ulduzuyla güclənmək niyyətindədir

"Çelsi" "Barselona" ilə yolları ayıracağı gözlənilən Osman Dembelini heyətinə qatmaq istəyir.

"The Sun" xəbər verir ki, "zadəganlar" 24 yaşlı fransalı futbolçu ilə ciddi şəkildə maraqlanır.Adıçəkilən oyunçunun Kataloniya klubuyla müqaviləsi mövsümün sonu başa çatır.

Artıq La Liqa klubunun rəhbərliyi də Dembeleni göndərməyə müsbət yanaşır.

Qeyd edək ki, 2017-ci ildə Dortmund "Borussiya"sından 140 milyon avroya "Barselona"ya keçən futbolçu bu mövsüm 11 matçda 1 qol və 2 məhsuldar ötürmə edib./ Offsideplus.az 

Xəbər lenti