Xəzər Xəbər

Günün transfer xəbərləri: Obameyanq Ərəbistana, Anri "Bordo"ya gedir

İdman | 15:30 • 20 Yanvar 2022
Günün transfer xəbərləri: Obameyanq Ərəbistana, Anri "Bordo"ya gedir

Qış "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.

"Gazzetta dello Sport" nəşri: "İnter" Paulo Dibalanı izləyir.  28 yaşlı futbolçu bu yay azad agent olacaq. “Yuventus” onunla müqaviləni hələ də yeniləyə bilməyib.

"Defensa Central" saytı: "Real Madrid" Bubacar Kamara uğrunda mübarizəyə qoşulub. 22 yaşlı futbolçu mərkəz yarımmüdafiəçisi və ya cinah yarımmüdafiəçisi mövqeyində oynaya bilər. O, yayda azad agent olacaq.

RMC nəşri: "Zenit" "İnternacional"ın hücumçusu Yuri Albertonun transferi üzərində çalışır. Keçid baş tutarsa, bu qış Serdar Azmunun "Lion"a keçidi asanlaşacaq.

Fabrizio Romano: "Zenit" Mönhenqladbax "Borussiya"sının hücumçusu Alassane Plea ilə bağlı sorğu keçirib. Danışıqlar davam edir. Plea ilə hücumçu axtarışında olan "Nyukasl" də maraqlanır. 

Xavi: “Çox çətin an yaşayırıq. Klub qərara alıb ki, Usman Dembele müqaviləni yeniləməsə, qəti addımlar atacaq. Artıq 5 aydır ki, futbolçu və onun agenti ilə danışıqlar aparırıq. Biz daha çox gözləyə bilmərik. Ya müqavilə uzadılsın, ya da satışa çıxarılsın”.

Fernando Polo (Mundo Deportivo):  "Valensiya" "Atletiko Madrid"ə getməyə hazırlşan Daniel Vassın yerinə əvəzedici axtarır. 

Santi Ouna və Sebastiyen Denis (Foot Mercato): Leven Kürzava "Çelsi"yə təklif edilib. Lakin klubun baş məşqçisi Tomas Tuxel onu komandasında görmək istəmir. "Vest Hem" də onunla maraqlanır, lakin oyunçu onların siyahısında bir nömrəli deyil.

"Sky Sports" saytı: Cermeyn Defo ilə "Sanderlend", "İpsviç Taun", "Çarlton Atletik" və "Oksford Yunayted" maraqlanır. 39 yaşlı futbolçu bu yaxınlarda məşqçi-oyunçu postunda olduğu "Reyncers"dən ayrılıb.

"Zenit"in baş məşqçisi Sergey Semak: "Serdar Azmun mövsümün qalan hissəsini "Zenit"də oynamaq, yayda isə azad agent kimi başqa kluba keçmək istəyir.

Artyom Dzyuba ilə bağlı vəziyyət sadədir. Onun mövsümün sonuna qədər etibarlı müqaviləsi var. Onunla söhbətimiz zamanı ayrılmaq fikrində olduğunu demədi. Artyom komandamızın oyunçusudur və əminəm ki, o, “Zenit”ə kömək etmək üçün əlindən gələni edəcək".

Ceyms Benq (CBS Sports): Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Obameyanq üçün "Arsenal"a 2021/22-ci illər mövsümünün sonuna qədər 8 milyon avroya məcburi satınalma ilə icarə təklifi edib. "Arsenal" qabonlu futbolçu ilə yollarını ayırmağı düşünür.

Çarlz Uotts (Qol): Arturun agenti Federiko Pastorello bu gün "Kulni" bazasında "Arsenal"ın direktoru Edu ilə danışıqlar aparıb. 

Canluka Di Martsio: "Arsenal" Artur üçün icarə təklif edir. "Yuventus" isə sözləşməyə fərqli düstur daxil etmək və əvəzedici tapmaq fikrindədir.

"Le Parisien" nəşri: "Monako"nun 21 yaşlı hücumçusu Vilzon İsidor Moskvanın "Lokomotiv" klubuna keçməyə yaxındır. 

Matteo Moretto: "Malyorka" və PSJ Serxio Rikonun cümə axşamı İspaniyaya yollanması üçün danışıqlar aparır. Səhər qapıçının agenti hər şeyi həll etmək üçün Parisdə olacaq.

Canluka Di Martsio: Lukas Alario ("Bayer 04") "Venesiya"nın əsas hədəfidir.

"RMC" saytı: Tyerri Anri yenidən Liqa 1 klubunda çalışa bilər. "Bordo"nun sahibi Cerard Lopes Anrinin pərəstişkarıdır və onu Vladimir Petkoviçin əvəzedicisi kimi görür. Anri hazırda Belçika millisində Roberto Martinesin məşqçilər korpusunda çalışır.

Baş tutmuş transfer xəbərləri:

21 yaşlı Rodri "Real Betis"lə müqaviləsinin müddətini 2025/26-cı illər mövsümünün sonuna qədər uzadıb. 

24 yaşlı müdafiəçi Ayrton "Spartak Moskva" ilə müqaviləsinin müddətini 2025/26-cı illər mövsümünün sonuna qədər uzadıb. 2018-ci ilin dekabrından klubun üzvüdür.

Aleksandr Blessin "Cenoa"nın yeni baş məşqçisidir. Müqaviləsinin müddəti 2023/2cü illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

Marko Campaolo "Sampdoria"nın yeni baş məşqçisidir.

 Albert Riera "Qalatasaray"ın məşqçi heyətinə qatılıb. 2011-2014-cü illərdə klubun futbolçusu olan Riera 2020-21-ci illər mövsümündə "Qalatasaray"da köməkçi məşqçi olub.

Karl Cenkinson (29 yaşlı müdafiəçi)

"Nottingem Forest"dən (İngiltərə) "Melburn Siti"yə (Avstraliya) keçib.
Mövsümün sonuna kimi icarədə olacaq futbolçu 2019-cu ilin avqustunda “Arsenal”dan “Nottingem”ə keçib. 

Hatem Ben-Arfa (34 yaşlı oyunçu)

"Bordo"dan (Fransa) "Lill"ə (Fransa) transfer olunub.
Azad agent qismində keçən futbolçunun müqaviləsinin müddəti 2021/22-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. /fanat.az

Xəbər lenti