Xəzər Xəbər

"Barselona"da Dembele dövrü bitdi

İdman | 14:53 • 20 Yanvar 2022
"Barselona"da Dembele dövrü bitdi

"Barselona"nın futbolçusu Usman Dembele bu ayın sonuna qədər klubu tərk edəcək.

Məlumatı futbol insayderi Fabritsio Romano yayıb.

O, bu barədə şəxsi "Twitter" səhifəsində yazıb:

"Barselona"nın direktoru Alemani deyib ki,  Dembele karyerasını klubumuzda davam etmək istəmir. O, bizim layihəmizin bir hissəsi olmaq istəmir. Biz də ona dedik ki, dərhal getməlidir. Usmanın yanvarın 31-nə kimi satılacağını gözləyirik”.

Xatırladaq ki, Usman Dembeleyə "Çelsi" tərəfindən böyük maraq var./fanat.az

Xəbər lenti