Xəzər Xəbər

Günün transfer xəbərləri: Cerrard yeni "Liverpul" yaradır, "Qarabağ"ın rəqibi yeni futbolçu aldı

İdman | 18:33 • 19 Yanvar 2022
Günün transfer xəbərləri: Cerrard yeni "Liverpul" yaradır, "Qarabağ"ın rəqibi yeni futbolçu aldı

Qış "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.

"Çelsi"nin futbolçusu Timo Verner: "Antonio Rüdiger və Andreas Kristensenin “Çelsi”də qalmasını istərdim. Təbii ki, dünyanın istənilən komandasını güclü edə bilərlər, ancaq ümid edirəm ki, digər klublar müdafiəçilərimizi əlimizdən almayacaq. Rüdiger inanılmaz oynayır, hara gedəcəyini seçə bilər, çünki yayda azad agent olacaq”. 

Qeyd edək ki, hər iki futbolçu Avropanın bir neçə top klubunun diqqətini cəlb edib və rəsmi təkliflər var.

"L'Equipe" nəşri: “Monako” “Nyukasl”a Benua Badiaşile üçün daha çox məbləğ təklif etməyi məsləhət görüb. Bundan əvvəl İngiltərə klubu 40 milyon avro təklif etmişdi. Hazırda futbolçu zədəlidir.

Canluka Di Martsiodan xəbərlər:  

* "Salernitana" Ederin İtaliyaya qayıtmasını istəyir. 2018-ci ilin iyulunda "İnter" onu 5,7 milyon avro qarşılığında "Jianqsu Suninq"ə satıb. Ederin A seriyasındakı statistikası: 245 matç və 60 qol. Çində isə 62 oyun keçirib və 32 qol vurub.

* Panayotis Retsos "Bayer Leverkuzen"dən "Hellas Verona"ya keçir.

* Daniele Baselli "Torino"dan "Kalyari"yə keçməyə yaxındır. 

* "Torino" Natan Nandesi icarəyə vermək istəyir. "Kalyari" iki yarımmüdafiəçi ilə müqavilə bağlasa, oyunçunu buraxmağa hazır olacaq.

* "Napoli" yayda Natan Nandesi transfer etməyə çalışıb. Nandes isə hələ də "İnter"lə seçimə ümid edir.

Futbol insayderi Fabritsio Romano: İtaliya və Fransa klubları "Lill"in 18 yaşlı istedadlı yarımmüdafiəçisi Rokko Askona ilə maraqlanır. Futbolçu kluba icarəyə gedə bilər.

İdman jurnalisti Jerar Romero: Luis Suares "Palmeiras", "Korintians", "Atletiko Mineyro" və Səudiyyə Ərəbistanı klubundan gələn təklifləri rədd edib. Ona "Aston Villa"nın təklifi maraqlıdır.

Sem Steyskal (Atletik): “Lids Yunayted” ABŞ millisinin" və RB "Zalsburq" üzvü Brenden Aaronson üçün 15 milyon funt-sterlinq təklif edib. 21 yaşlı Aaronson Avstriya Bundesliqasında  "RB Zalsburq"un heyətində bütün yarışlarda 26 oyun keçirib və 3 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Sem Uollos (The Telegraph): Frenk Lempard və Ueyn Runi (Derbi Kaunti) tezliklə "Everton"da vakant olan baş məşqçi postuna müsahibədə iştirak edəcəklər

Baş tutmuş transfer xəbərləri: 

Sead Kolaşinats (28 yaşlı müdafiəçi)

"Arsenal"dan (İngiltərə) "Marsel"ə (Fransa) transfer olunub.
Azad agent qismində keçən futbolçunun müqaviləsinin müddəti 2022/23-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. 

Aleksandr Silyanov (20 yaşlı müdafiəçi)

"Lokomotiv"dən (Rusiya) "Rostov"a (Rusiya) icarəyə verilib.
Futbolçu 2021/22-ci illər mövsümünün sonuna qədər "Rostov"un uğurları üçün çalışacaq.

Nemanya Qlavçiç (24 yaşlı yarımmüdafiəçi)

"Slaven Belupo"dan (Xorvatiya)  "Ximki"yə (Rusiya) keçib.
Transfer məbləği 120 min avrodur. Müqavilənin müddəti 2023/24-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. 

Robin Olsen (32 yaşlı qapıçı)

"Roma"dan (İtaliya) "Aston Villa"ya (İngiltərə) icarəyə verilib.
2021/22-ci illər mövsümünün sonuna qədər Premyer Liqa klubunda çıxış edəcək. 

Franko Di Santo (32 yaşlı hücumçu)

"San Lorenso"dan (Argentina) "Göztəpə"yə (Türkiyə) transfer olunub.
Azad agent qismində keçən futbolçunun müqaviləsinin müddəti 2022/23-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. 

Xorxe Mere (24 yaşlı müdafiəçi)

"Köln"dən (Almaniya) - "Amerika"ya (Meksika) keçib.
Transfer məbləği 900 min avro təşkil edir.

İvan Konovalov (27 yaşlı qapıçı)

"Rubin"dən (Rusiya) "Livinqston"a (Şotlandiya) keçid edib.
Futbolçu ilə 2022/23-ci illər mövsümünün sonuna kimi daha bir mövsüm uzadılması imkanı ilə müqavilə bağlanacaq.

Marko Fabian (32 yaşlı yarımmüdafiəçi)

"Xuarez"dən (Meksika) "Mazatlan"a (Meksika) transfer olunub.
Azad agent qismində keçən futbolçunun müqaviləsinin müddəti 2022/23-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. 

Maksimilian Ullmann (25 yaşlı sol cinah müdafiəçisi)

"Rapid"dən (Avstriya) "Venesiya"ya (İtaliya) keçib
Müqavilənin müddəti 2023/24-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. Bu mövsüm o, 28 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib./Fanat.az

Xəbər lenti