Xəzər Xəbər

FIFA ötən ilin ən yaxşılarını açıqladı

İdman | 09:40 • 18 Yanvar 2022
FIFA ötən ilin ən yaxşılarını açıqladı

FIFA ötən ilin yekunlarına əsasən “The Best” mükafatlarının sahiblərini açıqlayıb.

Mərasim qurumun rəsmi saytı vasitəsilə canlı olaraq yayımlanıb.

İlin ən yaxşı futbolçusu Polşa millisi və “Bavariya”nın hücumçusu Robert Levandovski seçilib.

İlin ən yaxşı qoluna təqdim edilən Puşkaş mükafatı bu dəfə “Arsenal”ın qapısından keçirdiyi topa görə “Tottenhem”in futbolçusu Erik Lamelaya verilib.

İlin ən yaxşı qapıçısı “Çelsi”nin qolkiperi Eduard Mendi olub. Həmçinin, klubun çalışdırıcısı Tomas Tüxel ilin məşqçisi nominasiyasında qalib gəlib.

Portuqaliya millisi və “Mançester Yunayted”in futbolçusu Kriştianu Ronaldu isə FIFA-nın xüsusi mükafatına layiq görülüb.

Danimarka millisi “Fair Play” mükafatına sahib çıxıb. Bu ölkənin fanatları isə finlandiyalı futbol təəssübkeşlərilə birlikdə 2021-ci ilin ən yaxşı azarkeşləri mükafatına layiq görülüblər.

FIFA ilin rəmzi heyətini də açıqlayıb.

Donnarumma, Alaba, Bonuççi, Diaş, De Bruyne, Jorjinyo, Kante, Levandovski, Messi, Holand və Ronaldu rəmzi “11-liy”i təşkil ediblər.

Resim

Mənbə: fıfa.com

Xəbər lenti