Xəzər Xəbər

Belçika-Azərbaycan oyunu azarkeşlər üçün qapalı olacaq

İdman | 09:01 • 16 Yanvar 2022
Belçika-Azərbaycan oyunu azarkeşlər üçün qapalı olacaq

Azərbaycan millisi futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədilə yanvarın 17-də səfərdə Belçika yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Xezerxeber.az xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq, oyun azarkeşlər üçün qapalı olacaq.

Qeyd edək ki, yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Xəbər lenti