Xəzər Xəbər

Sərdar Azmun "Yuventus"a keçir?

"Yuventus" iranlı hücumçu üçün 5 milyon avro təklif edir
İdman | 17:01 • 15 Yanvar 2022
Sərdar Azmun "Yuventus"a keçir?

İtaliyanın "Yuventus" klubu Rusiya "Zenit"ində çıxış edən Sərdar Azmunu heyətinə qatmaq niyyətindədir.

"Tuttosport" nəşri xəbər verir ki, Turin təmsilçisi 28 yaşlı hücumçu üçün 5 milyon avro təklif etməyə hazırdır.

"Qoca sinyora" iranlı forvardı qış transfer dönəmində əsas hədəf hesab edir. Baş məşqçi Massimiliano Alleqri bu transferin baş tutmasını istəyir.

Azmun bu keçidə razı olsa da, klublar hələlik transfer məbləğində razılığa gələ bilmirlər.

Qeyd edək ki, Serdar Azmunun "Zenit"lə müqaviləsi yayda başa çatacaq. Forvard 2019-cu ildən Rusiya təmsilçisinin formasını geyinir.

İmsak və İftar vaxtı 2022

Xəbər lenti