Xəzər Xəbər

"Qalatasaray" ərəblərin "əlinə keçir" - İDDİA

İdman | 09:02 • 15 Yanvar 2022
"Qalatasaray" ərəblərin "əlinə keçir" - İDDİA

 "Qalatasaray" klubuyla bağlı yeni iddia ortaya çıxıb.

Türkiyə mediası xəbər verir ki, İstanbul təmsilçisi yayda sahibi qətərli iş adamı olan "City Group Football" şirkətinə satıla bilər. Belə ki, sözügedən kompaniya "cim-bom"u himayəsinə almaq və Avropada nüfuzunu daha da artırmaq istəyir.

Məlumata görə, "Qalatasaray"ın yeni baş məşqçisi Domenek Torrent bu layihənin ilk fiqurudur.

Qeyd edək ki, Super Liqa klubunun hazırkı prezidenti Burak Elmasdır./ Offsideplus.az 

Xəbər lenti