Xəzər Xəbər

“Qarabağ” klubu Leandro Andrade ilə müqavilə imzalayıb

İdman | 14:04 • 13 Yanvar 2022
“Qarabağ” klubu Leandro Andrade ilə müqavilə imzalayıb

Ağdamın “Qarabağ” futbol klubu Leandro Andrade ilə müqavilə imzalayıb.

Klubun rəsmi saytında yer alan xəbərə görə, portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın “Çerno More” klubundan transfer edilib.

İyirmi iki yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb.

Andrade Ağdam təmsilçisində 15 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Qarabağ” daha əvvəl hücumçu Rüstəm Əhmədzadə və qapıçı Luka Quqeşaşvilini heyətinə qatıb.

Xəbər lenti

Çox oxunanlar