Xəzər Xəbər

Modriç "Real"ı tərk edir? - Bu kluba keçə bilər

İdman | 14:54 • 12 Yanvar 2022
Modriç "Real"ı tərk edir? - Bu kluba keçə bilər

Madrid "Real"nın futbolçusu Luka Modriç karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər. 

"Tottenhem" 36 yaşlı yarımmüdafiəçini transfer etmək niyyətindədir. Lakin adıçəkilən oyunçu "kral klubu"yla müqaviləsini uzatmaq üçün danışıqlar aparır.

Modriçin klubuyla hazırkı sözləşməsi bu mövsümün sonu başa çatır.

Qeyd edək ki, xorvatiyalı futbolçu 2008/2012-ci illər aralığında "Tottenhem"in şərəfini qoruyub./ Offsideplus.az

Xəbər lenti