Xəzər Xəbər

Mbappe ölümlə hədələnib

İdman | 10:12 • 12 Yanvar 2022
Mbappe ölümlə hədələnib

PSJ-nin hücumçusu Kilian Mbappe ölümlə hədələnib.

Buna səbəb ulduz futbolçunun bir azarkeşin statusuna rəy bildirməsi olub. 

Xəstəlikdən əziyyət çəkən Kamille adlı kiçik qız sosial şəbəkə vasitəsilə Mbappeyə səslənərək komandada qalmasını və ona ilham verməkdə davam etməsini istəyib. Onun bu statusuna izləyiciləri təhqirlər yağdırıb. Buna biganə qalmayan Mbappe “Kamillem, savaşmağa davam et, hamımıza həyat dərsi verirsən. İnsanlıq əxlaqsızlaşıb”, rəyini yazıb.

24 yaşlı forvardın bu sözləri izləyiciləri daha da qəzəbləndirib. Bir qrup quldur dəstəsi oyunçunun böyüdüyü Parisdəki küçəyə gedərək, onun divardakı şəklinin üzərinə “Mbappe, sən öldün” yazıb.

Qeyd edək ki, PSJ ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Kilian Mbappenin yayda “Real”a keçidi gözlənilir.

Çox oxunanlar