Xəzər Xəbər

“Qəbələ” klubu braziliyalı futbolçu ilə müqavilə imzalayıb

İdman | 09:11 • 12 Yanvar 2022
“Qəbələ” klubu braziliyalı futbolçu ilə müqavilə imzalayıb

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” klubu qış fasiləsində ilk transferini gerçəkləşdirib.

Xezerxeber.az kluba istinadla xəbər verir ki, “Qəbələ” Patrik Robson de Souza Monteyronu heyətinə qatıb.

Braziliyalı hücumçu Avstriyanın “Admira” klubundan icarəyə götürülüb. İyirmi dörd yaşlı Cənubi amerikalı 1,5 il “Qəbələ”nin formasını geyinəcək. Braziliyada “Amerika” (Rio-de-Janeyro), “Bonsusesso”, “Friburquense”nin yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış edən futbolçu peşəkar karyerasına Avstriyada başlayıb. 2020/2021-ci il mövsümündə “Horn”da çıxış edən forvard ötən ilin yayında “Admira”ya keçib.

Xəbər lenti