Xəzər Xəbər

Ronaldo PSJ-yə keçir?

İdman | 15:58 • 11 Yanvar 2022
Ronaldo PSJ-yə keçir?

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo PSJ-yə keçə bilər.

"Le 10 Sport" məlumat yayıb. Bildirilib ki, Hücumçu Kilian Mbappe Paris klubunu tərk etməyə yaxındır, ona görə də rəhbərlik heyəti gücləndirmək üçün variantlar axtarır. Qeyd olunub ki, Ronaldo İngiltərə təmsilçisindən ayrılmaq istəyini ifadə edərsə, PSJ hərəkətə keçməyə hazır olacaq.

Daha əvvəl portuqaliyalı forvardın komandadakı vəziyyətdən və “Mançester Yunayted” rəhbərliyindən narazılığı barədə xəbərlər yayılıb. Ronaldo agenti Jorje Mendesə vəziyyətin dəyişmədiyi təqdirdə yeni komanda axtarmalı olduğunu deyib.

Xəbər lenti