Xəzər Xəbər

Məşhur baş məşqçi "Qalatasaray"a gəlir

İdman | 21:21 • 10 Yanvar 2022
Məşhur baş məşqçi "Qalatasaray"a gəlir

Fatih Terimlə  yolları ayıran "Qalatasaray" yeni baş məşqçi axtarışına çıxıb.

İstanbul nəhənginin rəhbərliyi  ispaniyalı mütəxəssis Domenek Torrenti bu postda gətirmək istəyir.

59 yaşlı çalışdırıcının məşqçi karyerası çox zəngindir. 

O, "Barselona", "Bavariya" və "Mançester Siti" kimi məşhur klublarda köməkçi məşqçi işləyib.

Qeyd edək ki, Torrentin son klubu Brazilya təmsilçisi "Flamenqo" olub./ Offsideplus.az 

Xəbər lenti