Xəzər Xəbər

İngiltərə nəhəngləri Feliş uğrunda yarışacaq

İdman | 14:37 • 9 Dekabr 2021
İngiltərə nəhəngləri Feliş uğrunda yarışacaq

"Atletiko Madrid"in portuqaliyalı hücumçusu Jao Feliş karyerasını İngiltərədə davam etdirəcək.

"Cadena SER"in iddiasına görə, 22 yaşlı futbolçunun xidmətində 5 Premyer Liqa klubu maraqlıdır.

"Nyukasl", "Everton", "Arsenal", "Liverpul" və "Mançester Yunayted" Feliş üçün mübarizə aparacaqlar. Hər bir klub futbolçu üçün sərfəli təklif planı hazırlayıb.

Portuqaliyalı forvard "Atletiko Madrid"dəki vəziyyətindən razı deyil və qış "transfer pəncərəsi"ndə klubu tərk etmək niyyətindədir.

Qeyd edək ki, futbolçunun transfer dəyəri 70 milyon avro təşkil edir./Fanat.Az 

Xəbər lenti