Xəzər Xəbər

Messinin müqaviləsi mətbuata sızdı: 555 milyon avro...

İdman | 12:49 • 9 Dekabr 2021
Messinin müqaviləsi mətbuata sızdı: 555 milyon avro...
"Barselona” ilə Fransanın PSJ klubunun futbolçusu Lionel Messi arasında daha bir kriz yaşanıb.
 
Bu dəfəki problem mətbuata ötürülən anlaşma detallarına görə yaranıb. Belə ki, İspaniyanın məşhur qəzetlərindən olan "El Mundo” argentinalı idmançının 2017-ci ildə imzaladığı müqaviləni yayımlayıb. Sənədə əsasən, Messinin imzaladığı müqavilənin ümumi dəyəri 555 milyon 237 min avro olub. Buna uyğun olaraq, 33 yaşlı futbolçunun mövsüm başına 138 milyon avro aldığı ortaya çıxıb. Həmçinin qeyd edilib ki, Messi müqaviləni yenilədiyi üçün imza pulu olaraq 115 milyon avro, "sadiqlik bonusu” olaraq isə, 78 milyon avro alıb.
 
İspaniyanın idman gündəmini qarışdıran bu xəbərdən sonra Barselonadan açıqlama gəlib. Klubun rəhbərliyi müqavilənin onlar tərəfindən mətbuata sızdırılmadığını və sözügedən qəzeti məhkəməyə verəcəklərini bildirib. "Barselona”, həmçinin  qəzetin müqavilənin məxfilik prinsipini pozduğunu vurğulayıb./Sfera.az 

Xəbər lenti