Xəzər Xəbər

Prezident həbs olundu: "Yuventus" yenidən aşağı liqaya göndərilə bilər

İdman | 12:06 • 7 Dekabr 2021
Prezident həbs olundu: "Yuventus" yenidən aşağı liqaya göndərilə bilər
Turin Respublika Prokurorluğunun təlimatına əsasən, İtaliya Maliyyə Polisi (Guardia di Finanza) "Yuventus"un Turin və Milan ofislərində axtarış aparıb.
 
Axtarışların səbəbi maliyyə məsələlərində qanunsuzluqlarla bağlı istintaq olub.
 
Aralarında Miralem Pyaniçin "Barselona"ya transferinun də olduğu 42 transferin araşdırıldığı istintaqda futbolçu keçidləri və menecer ödəmələrində fərqli rəqəmlər göstərilərək saxtakarlıq edilməsi iddiaları araşdırılır.
 
İtaliya İstehlakçı Hüquqları Qoruma Assosiasiyasının prezidenti Marko Donzellinin fikrincə, "Yuventus" yenidən aşağı liqaya göndərilmə təhlükəsi ilə üz-üzədir: "İttihamlar çox ciddidir və son çempionluğu da əhatə edir. Çünki son illərdə ciddi "Yuventus" hegemonluğu yaranmışdı və ötən il seriya başa çatdı. "Yuventus" bu yolla rəqiblərinə qarşı haqsız üstünlük əldə edibsə, federasiya və rəqabət komitəsi müdaxilə etmək, sərt cəza vermək məcburiyyətinə qalacaq. Şəxsi cəzalardan başqa kluba da sanksiya tətbiqi gözlənilir".
 
"La Repubblica"nın xəbərinə görə, artıq "Sampdoriya" klubunun prezidenti Massimo Ferrero maliyyə cinayətlərinə görə həbs olunub. Ferreronun qızı və nəvəsi də saxlanılıb. İddia olunur ki, həbslərin sayı qarşıdakı günlərdə daha da artacaq./AzxeberSport

Xəbər lenti