Xəzər Xəbər

Baş məşqçi açıqladı: "Fənərbaxça"nın müdafiəçisi "Çelsi"də

İdman | 21:41 • 6 Dekabr 2021
Baş məşqçi açıqladı: "Fənərbaxça"nın müdafiəçisi "Çelsi"də

"Fənərbaxça"nın macarıstanlı futbolçusu Atilla Szalay karayerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

23 yaşlı müdafiəçinin xidmətində "Çelsi" maraqlıdır. Macarıstan milli komandasının baş məşqçisi Marko Rossi gənc futbolçunun London təmsilçisinə transferinin bitdiyini deyib:

"İspaniyadakı önəmli komandalar Atillanı təqib edirdi. Amma mənə elə gəlir ki, "Çelsi" bu transferi bitirib, razılıq əldə olunub".

Qeyd edək ki, Atilla Szalay bu mövsüm "Fənərbaxça"nın heyətində meydana çıxdığı 21 matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər lenti

Saatlıda mağaza yanıb
18:09 • 20 Yanvar 2022